Bakı. 7 dekabr.REPORT.AZ/ Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağı salınması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, bu il 10 240 hektar sahədə yeni fındıq bağları salınıb. Ötən ildə Zaqatala, Balakən və Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib.
Ümumilikdə ölkə üzrə 12 rayonda – Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı və Yevlax rayonlarında bağların salınması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək.