Yuxarı

Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Ət idxalı 61%, kərə yağı - 2 dəfə, meyvə-tərəvəz - 2 dəfə, çay - 3 dəfə artıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 16,43% artaraq 2016-cı ilin yanvar-iyul ayları ərzində 701 483,18 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 60,59% artaraq 17 651,77 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 2 dəfədən çox artaraq 31 343,63 min dollar, meyvə-tərəvəz 2 dəfədən çox artaraq 81 268,63 min dollar, çay 2,8 dəfə artaraq 23 133,74 min dollar, süd idxalı 27,62% artaraq 4 244,02 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 26,53% azalaraq 148 953,5 min dollar olub.

Cari ilin ilk 7 ayı ərzində Azərbaycanın cəmi idxalının 14,75%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə cəmi idxalda yeyinti məhsullarının payı 11,18% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi