Azərbaycana cinsli damazlıq heyvanları gətirəcək şirkətlər məlum olub

Azərbaycana cinsli damazlıq heyvanları gətirəcək şirkətlər məlum olub Tenderdə iki şirkət qalib elan olunub
ASK
31 Mart , 2017 10:36
Azərbaycana cinsli damazlıq heyvanları gətirəcək şirkətlər məlum olub

Bakı. 31 mart. REPORT.AZ/ "Aqrolizinq" ASC-nin 16 fevralda elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Tender Komissiyası məlumat yayıb.

Belə ki, qeyd edilən tarixdə keçirilmiş açıq tenderdə lot-1 üzrə "Longmar Networks", lot-2 üzrə "Novero İnvest" şirkəti qalib elan olunub. 

Qeyd edək ki, tenderdə lot-1 üzrə 2 000 baş "Holştin-friz" cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş "Simmental" cinsli damazlıq heyvanların alınması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi