Yuxarı
    Bağlamaq

    Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

    İllik müqayisədə ət idxalı 2,9 dəfə, süd -77%, çay - 21%, şəkər - 16% artıb

    Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 526,53 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

    "Report"un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 6,8% artım qeydə alınıb.

    Hesabat dövründə ət idxalı 2,9 dəfə artaraq 29,447 mln. dollar, süd - 77% artaraq 4,865 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,3% artaraq 25,089 mln. dollar, çay - 20,9% artaraq 17,7 mln. dollar, meyvə-tərəvəz - 1,4% artaraq 69,336 mln. dollar, şəkər - 16% artaraq 59,85 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 38,6% azalaraq 64,294 mln. dollar təşkil edib.

    Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi