Yuxarı

Azərbaycan yeyinti məhsullarının idxalını 23% artırıb

Ət idxalı 70%, kərə yağı və meyvə-tərəvəz idxalı isə 2 dəfədən çox artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 23,07% artaraq 2016-cı ilin yanvar-avqust ayları ərzində 820 647,83 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 70,12% artaraq 20 375,73 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 2 dəfədən çox artaraq 33 358,86 min dollar, meyvə-tərəvəz 2 dəfədən çox artaraq 85 650,40 min dollar, çay 2,9 dəfə artaraq 26 687,85 min dollar, süd idxalı 34,85% artaraq 5 193,17 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 17,24% azalaraq 178 980,97 min dollar olub.

Cari ilin ilk 8 ayı ərzində Azərbaycanın cəmi idxalının 14,81%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə cəmi idxalda yeyinti məhsullarının payı 11,13% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi