Azərbaycan yerli arıçılıq məhsullarının ixracına hazırlaşır

Azərbaycan yerli arıçılıq məhsullarının ixracına hazırlaşır Bunun üçün müvafiq dövlət qurumları bir sıra tədbirlər həyata keçirir
ASK
10 Sentyabr , 2015 12:14
Azərbaycan yerli arıçılıq məhsullarının ixracına hazırlaşır

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin arıçılıq sahəsinin inkişaf etdirilməsində əsas məqsədi yerli arıçılıq məhsullarının ixracının təşkilidir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib. 

S.Məmmədov vurğulayıb ki, aqrar sahənin inkişafı üçün istehsalçılar 2019-cu ilə qədər bir çox vergilərdən, o cümlədən torpaq vergisindən azad olunub.

S.Məmmədov deyib ki, ölkədə bu təsərrüfat üçün münbit şərait olduğuna görə, əsas məqsədlərdən biri məhsulların texniki cəhətdən də müasir standartlara uyğun olaraq rəqabət qabiliyyətinin artırılması və ixracın təşkilidir. Yerli məhsulların xarici bazarlara çıxarılmasından danışan nazir müavini bildirib ki, bunun üçün silsilə tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi