Yuxarı

Azərbaycan Xəzərin sahilində balıq ölümü ilə bağlı monitorinqə başlayıb

Dövlət Xidməti: Azərbaycanda hər hansı balığın tələfatına təsadüf olunmayıb və bu ərazilər daim nəzarətdədir

Bakı. 5 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Mahaçqala ərazisinin (Dağıstan) Xəzər sahili sularında balıqların kütləvi tələf olma hallarının qeydə alınmasına dair yayılan məlumatlarla əlaqədar Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə göstəriş verib. 

Dövlət Xidmətindən "Report"a daxil olan xəbərə görə, baytarlıq idarələrinə tapşırılıb ki, ölkənin dəniz sahili ərazilərində monitorinq keçirilən zaman ərazidə ölmüş və xəstə olduğu ehtimal edilən balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək, Respublika Baytarlıq Laboratoriyasına göndərilsin.

Göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçiriblər. Eləcə də Xəzər sularında balıqçılıqla məşğul olanlarla və digər müvafiq qurumlarla əlaqə saxlanılıb. 

Qeyd edək ki, Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqların kütləvi tələfatı ilə əlaqədar Azərbaycana heç bir rəsmi məlumat daxil olmayıb.

Avqustun 5-də aparılan aktiv nəzarət tədbirlərin nəticəsi olaraq DBNX bildirir ki, Azərbaycanın Xəzər dənizi sahillərində hər hansı balığın tələfatına təsadüf olunmayıb və bu ərazilər daim nəzarətdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi