Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər

Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər Bakı. 11 dekabr. REPORT.AZ/ “Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər.
ASK
1374
11 Dekabr , 2018 11:50
Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ “Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, iqtisadi sahə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir.

“Ötən illər ərzində iqtisadi əlaqələrdə müsbət dinamikanın şahidi olmuşuq. 2017-ci ildə Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı məhsullarının ümumi ticarət dövriyyəsinin dəyəri 192 mln. ABŞ dolları təşkil edib. 2013 -2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac edilən aqrar məhsullarının həcmi 65,3% artıb", - İ.Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda aqrar biznes böyük potensiala malikdir: “Kənd təsərrüfatı fəaliyyəti bütövlükdə vergidən azad edilib. Türkiyənin işgüzar dairələri üçün emal və istehsal sahələri var. Bu imkanlardan istifadə edərək birgə müəssisələr yaratmaq mümkündür. Türkiyəli nazirlə görüşlərdə bu barədə müzakirələr aparılıb. Belə qənaətə gəldik ki, iki ölkənin toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlıq imkanları genişdir".

İ.Kərimov həmçinin deyib ki, biznes-forum çərçivəsində iki ölkənin şirkətləri arasında ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi