Azərbaycanın və Rusiyanın yeni birgə müəssisə yaratması təklif olunur

Azərbaycanın və Rusiyanın yeni birgə müəssisə yaratması təklif olunur Müəssisə kənd təsərrüfatı məhsullarının ixrac-idxalına dəstək vermək məqsədi ilə yaradılmalıdır
ASK
1 Noyabr , 2016 18:02
Azərbaycanın və Rusiyanın yeni birgə müəssisə yaratması təklif olunur

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı məhsullarının ixrac-idxalına dəstək verəcək birgə müəssisənin yaradılması təklif edilir. 

"Report" xəbər verir ki, belə bir təkliflə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində "Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətləri"nə dair "dəyirmi masa"da müzakirələr zamanı Dağıstanın kənd təsərrüfatı və ərzaq naziri Vəlimurad Musafendi çıxış edib. 

"Belə bir müəssisə ixrac-idxal əməliyyatları zamanı yaranan çətinliklərin aradan qalxmasına kömək edə bilər. Hesab edirəm ki, iki ölkə arasında xüsusi sənədlər olmalıdır ki, kənd təsərrüfatı məhsullarının ixrac-idxalı zamanı hər hansı bir kollaps yaranmasın. Bu, olduqca önəmli məsələlədir. Artıq təcrübəmizdə sənədləşmə problemlərinə görə tonlarla meyvə-tərəvəzin məhv olduğunu müşahidə etmişik. Birgə müəssisə məhsullarımızın satış bazalarına daha ucuz və vaxtında çatdırılmasını təmin edə bilər" - V.Musafendi deyib.

Son xəbərlər

Orphus sistemi