Azərbaycan və Gürcüstan baytarlıq və fitosanitar sahəsində müqavilələr imzalaya bilər

Azərbaycan və Gürcüstan baytarlıq və fitosanitar sahəsində müqavilələr imzalaya bilər Bu əməkdaşlıq iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında baş tuta bilər
ASK
30 Mart , 2017 13:32
Azərbaycan və Gürcüstan baytarlıq və fitosanitar sahəsində müqavilələr imzalaya bilər
agro.gov.az

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

İ.Quliyev Azərbaycan və Gürcüstanın Kənd Təsərrüfatı nazirlikləri arasında baytarlıq və fitosanitar sahələrində müvafiq əməkdaşlıq müqavilələrinin imzalanmasını məqsədəuyğun hesab edib. Nazir müavini Gürcüstan iş adamlarını may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

İ.Quliyev dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə aqrolizinq xətti ilə kənd təsərrüfatı texnikalarına güzəştlərin ayrılması, pambıqçılıq, tütünçülük və heyvandarlıq sahələrinə subsidiyaların verilməsi barədə danışıb, həmçinin fındıqçılıq, baramaçılıq və çayçılığın inkişafı barədə geniş məlumat verərək məhz bu sahələr üzrə Gürcüstanla əməkdaşlığa önəm verildiyini qeyd edib.

T.Şaraşenidze Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi