Azərbaycan Ukraynadan süd məhsulları alır

Azərbaycan Ukraynadan süd məhsulları alır "Süd alyansı" şirkəti məhsullarının tədarükünə başlayıb
ASK
26 İyun , 2017 13:53
Azərbaycan Ukraynadan süd məhsulları alır

Bakı. 26 iyun. REPORT.AZ/ Ukraynanın "Süd alyansı" ("Молочный альянс") şirkətinin süd məhsulları Azərbaycan bazarına daxil olub. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, qida məhsulları Azərbaycanla yanaşı, Gürcüstanda da istehlakçılara təqdim edilib.

Şirkətin kommersiya direktoru Viktoriya Predborskaya bildirib ki, ilk dəfə tədarük olunan məhsullarını artıq hər iki ölkənin bazarında tapmaq mümkündür: "Hazırda illik müqavilə çərçivəsində növbəti tədarükün reallaşdırılmasına dair danışıqlar aparılır".

Qeyd edək ki, şirkət Azərbaycana ərgin və bərk pendir növləri, uşaqlar üçün süd, yağ, smetan, qatıq, yoqurt, habelə kərə yağından ibarət geniş çeşidə malik məhsullarını ixrac edib. 

Son xəbərlər

Orphus sistemi