Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin ilk altı ayı ərzində Azərbaycana 4 272 ton quş əti idxal olunub.
Bunu "Report"a açıqlamasında
O, deyib ki, quş qripi ilə əlaqədar hazırda İranın Mazandaran vilayəti və Türkiyənin 13 vilayətinə qoyulan qadağa öz qüvvəsində qalır.
"Amerika və Avropanın da quş qripi qeydə alınan ölkələrindən quş ətinin gətirilməsinə dair qadağalar hələ də davam edir. Bu gün ancaq Braziliya, İran və Türkiyənin qadağan olunmayan ərazilərindən quş əti gətirilməsinə icazə verilir", - deyə Y.Xanvəli əlavə edib.