​Azərbaycan tütün ixracını iki dəfə artırıb

​Azərbaycan tütün ixracını iki dəfə artırıb Tütün və tütün məmulatlarının idxalı isə 72% azalıb
ASK
20 Aprel , 2016 14:48
​Azərbaycan tütün ixracını iki dəfə artırıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 23 319,59 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk rübünə nisbətən 60 803,37 min dollar və ya 72,28% (3,6 dəfə) azdır. Nəticədə, 2016-cı ilin ilk rübü ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,28%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 945,79 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 1 931,73 min dollar yaxud 95,91% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2016-cı ildə ixracı ölkənin ümumi ixracının 0,22%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi