Yuxarı
    Bağlamaq

    ​Azərbaycan tütün ixracını 60% artırıb

    Bununla yanaşı, idxalın həcmi 4,5 dəfə azalıb

    Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 14 432,34 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk iki ayına nisbətən 49 928,63 min dollar və ya 4,5 dəfə azdır. Nəticədə, 2016-cı ilin yanvar-fevral ayları ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,47%-ni təşkil edib.

    Hesabat dövründə Azərbaycandan 2 615,48 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 982,08 min dollar yaxud 60,13% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2016-cı ildə ixracı ölkənin ümumi ixracının 0,21%-nə bərabər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi