Azərbaycanda Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib

Azərbaycanda Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib Assosiasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib
ASK
6 Oktyabr , 2017 15:51
Azərbaycanda Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bununla bağlı Zaqatala rayonunda keçirilən tədbirdə bildirilib ki, Assosiasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib. Tütün istehsalçısı Telman Həsrətov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Bildirilib ki, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq baxımından əhəmiyyətlidir və İqtisadiyyat Nazirliyi tərəfindən Assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək.

Tədbirdə Assosiasiyanın gələcək fəaliyyətinə, tütünçülüyün inkişafına dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi