Azərbaycan Türkiyədən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb

Azərbaycan Türkiyədən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb Bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb
ASK
27 Noyabr , 2015 18:25
Azərbaycan Türkiyədən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyədə bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleynamov əmr imzalayıb.

Xidmətdən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” qanunun 8.1.7-ci maddəsini və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyə Respublikasının Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi bildirilir. Bununla əlaqədar həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Erzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyə Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir. Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş və aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi