Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi istehsal və emal proseslərinin birləşdirilməsini təklif edir

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi istehsal və emal proseslərinin birləşdirilməsini təklif edir Bakı. 11 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu ( AZPROMO) ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi arasında görüş keçirilib.
ASK
148
11 May , 2018 12:04
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi istehsal və emal proseslərinin birləşdirilməsini təklif edir
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu ( AZPROMO) ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi arasında görüş keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə fondun vitse-prezidenti Yusif Abdullayev ölkədə yaradılmış assosiasiyaların fəaliyyəti barədə danışıb. 

O, təmsil etdiyi qurumun assosiasiyaların, o cümlədən Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin fəaliyyətinə dəstəyinin davam edəcəyini vurğulayıb. 

"Bu İctimai Birliyin gördüyü işlər süd bazarına əhəmiyyətli dərəcədə təsir edəcək", - Y.Abdullayev qeyd edib. 

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov isə diqqəti bu sahədə olan problemlərə yönəldib: "Hazırda süd bazarında xarici mallara daha çox maraq var. Bu süd istehsalçılarına mənfi təsir edən amillərdən biridir". 

Bundan başqa, onun sözlərinə görə, süd istehsalçılarının dünya bazarına çıxmaq üçün müasir avadanlıqlara ehtiyacı var. 

İctimai Birliyin rəhbəri emal müəssisələrinə əlavə sərmayə yatırılmalı olduğunu qeyd edərək, istehsal və emal proseslərinin birləşdirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi