​Azərbaycan şirkəti Tatarıstanda təbii şirə istehsalı zavodu inşa edəcək

​Azərbaycan şirkəti Tatarıstanda təbii şirə istehsalı zavodu inşa edəcək İnvestisiya layihəsinin həyata keçirilməsinə həsr olunan təntənəli mərasim bu gün baş tutacaq
ASK
7 Oktyabr , 2015 10:25
​Azərbaycan şirkəti Tatarıstanda təbii şirə istehsalı zavodu inşa edəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Benkons Group" şirkəti Tatarıstanda 4 milyard rubldan çox dəyərində təbii şirə istehsalı zavodu və loqistika mərkəzinin tikintisinə başlayır. Bu barədə "Report" Tatarıstanın İnvestisiya İnkişafı Agentliyinə istinadən xəbər verir.

Zavod və logistika mərkəzinin 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Oktyabrın 7-də baş tutacaq investisiya layihəsinin həyata keçirilməsinə həsr olunan təntənəli mərasimdə Tatarıstan prezidenti Rüstəm Minnixanov da iştirak edəcək.

Zavod ekoloji təmiz məhsullardan təbii meyvə şirələri istehsalında ixtisaslaşacağı gözlənilir. Zavodun minimum layihə gücü ildə 53.8 milyon litr olacaq. Burada 250-dən çox iş yeri yaradılacaq.

Qeyd edək ki, layihənin işlənməsi və hazırlanması ilə bağlı ilkin razılıq 2014-cü ilin dekabrında Tatarıstan İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Taliya Minullinanın Azərbaycana səfəri zamanı əldə olunub. 

Son xəbərlər

Orphus sistemi