​Azərbaycan Sankt-Peterburqa tərəvəz ixracını artıracaq

​Azərbaycan Sankt-Peterburqa tərəvəz ixracını artıracaq Pomidor ixracının 2 min tona qədər artırılması planlaşdırılır
ASK
2 Oktyabr , 2015 19:47
​Azərbaycan Sankt-Peterburqa tərəvəz ixracını artıracaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Sankt-Peterburqa pomidor ixracını 2 min tona qədər artıracaq.

"Report" "Peterburq gündəliyi"nə ("Петербуржский дневник") istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhərinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı məlum olub.

Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyəti ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan "Azersun Holding" şirkətlər qrupunun rəhbərliyi ilə görüşüb.

Qubernator Georgi Poltavçenko və vitse-qubernator Sergey Movçana holdinqin istehsal etdiyi məhsulların geniş çeşidləri nümayiş etdirilib.

Bundan əlavə, S.Movçan holdinqə daxil olan və pomidor, xiyar, badımcan istehsal edən "Greentek" şirkətində də olub. Azərbaycanın "Greentek" şirkəti artıq Sankt-Peterburqun "Vıborjets" aqroholdinqi ilə əməkdaşlıq edir. Ötən il Azərbaycandan Sankt-Peterburqa 1,5 milyon dollarlıq pomidor ixrac edilib, bu da təxminən min ton pomidor təşkil edir. Cari ildə bu rəqəmin 2 min tona qədər artırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi