Azərbaycan Rusiyaya faraş kartof ixracını genişləndirir

Azərbaycan Rusiyaya faraş kartof ixracını genişləndirir Ekspertlər: "Keçən ilki azalmanın əvəzini bu il çıxmaq mümkündür"
ASK
7 Mart , 2016 11:14
Azərbaycan Rusiyaya faraş kartof ixracını genişləndirir

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Rusiyaya faraş kartofun ixrac həcmini əvvəlki səviyyəyə qaytarmaq niyyətindədir. "Report"un əldə etdiyi məlumata görə, bu günlərdə Rusiyaya təxminən 40 ton faraş kartof göndərilib.

Qeyd edək ki, son iki ildə Rusiya milli valyutasının kəskin devalvasiyası səbəbindən Azərbaycandan faraş kartofun ixrac həcmi 49 min tondan 37 min tona düşüb. Rusiyanın faraş kartof idxalı isə ümumilikdə 542 min ton təşkil edir. 

Mütəxəssislər hesab edirlər ki, vaxtı ikən Azərbaycan şimal qonşusuna ildə 60 min ton faraş kartof ixrac edib və hazırda da bunu genişləndirmək potensialı mövcuddur: "Keçən il baş verən azalmanın əvəzini bu il çıxmaq mümkündür".

Məlumata görə, Rusiya bazarına Azərbaycandan başqa Misir, Pakistan və İsraildən də faraş kartof gətirilir, lakin Azərbaycan məhsuluna maraq daha böyükdür. 

Son xəbərlər

Orphus sistemi