Azərbaycan Rusiyanın iki əsas kartof tədarükçüsündən biridir

Azərbaycan Rusiyanın iki əsas kartof tədarükçüsündən biridir Azərbaycan qonşu ölkəyə 84,7 min ton kartof tədarük edib ki, bu da bir il əvvəlki göstəricidən 23 % çoxdur
ASK
16 Avqust , 2021 19:38
Azərbaycan Rusiyanın iki əsas kartof tədarükçüsündən biridir

Bu il avqust ayının 10-na olan vəziyyətə görə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,6 % artaraq 338,2 min tona çatıb.

“Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, Azərbaycan qonşu ölkəyə 84,7 min ton kartof tədarük edib ki, bu da bir il əvvəlki göstəricidən 23 % çoxdur.

Məlumata görə, Azərbaycan Rusiyaya kartof tədarükünə görə ikinci yerdə qərarlaşıb. Azərbaycan eyni zamanda MDB ölkələri arasında Rusiyanın əsas tomat (114 min ton) tədarükçüsüdür.

Hesabat dövründə ölkəmizdən Rusiyaya xiyar tədarükü 2 dəfə, çuğundur – 2,4 dəfə, nektarin və ərik – 3 dəfə, şaftalı - 2,8 dəfə, armud - 2,4 dəfə, xurma – 2,3 dəfə, çiyələk - 2,2 dəfə, qarpız – 9 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi