Azərbaycan Rusiyadan ən çox kənd təsərrüfatı texnikası alan ölkələr sırasındadır

Azərbaycan Rusiyadan ən çox kənd təsərrüfatı texnikası alan ölkələr sırasındadır Bu kateqoriya üzrə idxalın həcmi üç dəfə artıb
ASK
28 Mart , 2016 15:08
Azərbaycan Rusiyadan ən çox kənd təsərrüfatı texnikası alan ölkələr sırasındadır

Bakı. 28 mart. REPOERT.AZ/ Rusiya kənd təsərrüfatı texnikasının 2015-ci ilin altı ayı ərzində əsas idxalçısı olan ölkələrin siyahısı açıqlanıb. Belə ki, qeyd edilən dövrdə Almaniya, Azərbaycan, Fransa, Bolqarıstan, Türkiyə və Kanadaya kənd təsərrüfatı texnikasının ixrac həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb. "Report"un xəbərinə görə, bu barədə "Agroinvestor" məlumat verib.

Qazaxıstan, Monqolustan, Tacikistana satılan texnikanın həcmi 2 dəfə, Qırğızıstan və Macarıstana isə 30% artıb. Rusiya kənd təsərrüfatı texnikasının Moldovaya ixracının artımı 36% təşkil edib. Təkcə Belarusa satılan texnikanın həcmi azalıb və 2015-ci ilin altı ayında azalma 33% olub.

Qeyd edək ki, 2015-ci ilin birinci yarısında Rusiyadan kənd təsərrüfatı texnikasının ümumi ixrac həcmi 3,8 mlrd. rubl təşkil edib. Bu, 2014-cü ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi