Azərbaycan Rusiyada keçirilən beynəlxalq ərzaq sərgisində iştirak edir

Azərbaycan Rusiyada keçirilən beynəlxalq ərzaq sərgisində iştirak edir Rusiyanın paytaxtı Moskvadakı “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin açılışı olub.
ASK
21 Sentyabr , 2021 15:54
Azərbaycan Rusiyada keçirilən beynəlxalq ərzaq sərgisində iştirak edir

Rusiyanın paytaxtı Moskvadakı “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin açılışı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, sentyabrın 24-nə qədər davam edəcək tədbir dövlət orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının dəstəyi ilə keçirilir.

Sərgidə Azərbaycanın 23 şirkətinin istehsal etdiyi nar şirəsi, quru meyvələr, spirtli içkilər, qənnadı məmulatları və kənd təsərrüfatı məhsulları kimi məhsulları vahid milli stenddə nümayiş olunur.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bildirib ki, Azərbaycandan Rusiyaya məhsul ixracı artmaqdadır: “Bu, bizim bu sərgidə 5-ci, yubiley iştirakımızdır. Koronavirus (COVID-19) pandemiyasının təsirinə baxmayaraq, Azərbaycan bu sərgidə ötən il də iştirak etmişdi. Bu gün isə 20-dən çox Azərbaycan şirkəti sərgiyə müxtəlif məhsullarla qatılıb. Deyə bilərəm ki, ötən illə müqayisədə Azərbaycandan Rusiyaya ixrac 18% artıb”.

Hər il Rusiyanın 40-dan çox regionunu və müxtəlif ölkələri təmsil edən 1 000-dən çox istehsalçı şirkət “Worldfood Moscow” sərgisində iştirak edir. Tədbir iştirakçıları stendlərdəki məhsullarla tanış ola, habelə mümkün tərəfdaşlarla əməkdaşlıq qura, ərzaq məhsulları haqqında faydalı məlumatlar əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi