Azərbaycan Qazaxıstandan duz almağa başlayıb

Azərbaycan Qazaxıstandan duz almağa başlayıb "Aral duzu"nun ilk partiyası ölkəyə tədarük edilib
ASK
15 Sentyabr , 2017 12:49
Azərbaycan Qazaxıstandan duz almağa başlayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Qazaxıstan Aral gölündən hasil edilən duzun ilk partiyasını Azərbaycana göndərib. 

"Report"un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Moskvada (Rusiya) keçirilən XXVI "World Food Moscow" beynəlxalq ixtisaslaşmış sərgi çərçivəsində "Araltuz" SC-nin satış və marketinq üzrə vitse-prezidenti Yevgeniy Korol bildirib.

"Müəssisə Rusiyanın duz bazarının 13%-nə sahibdir. Qırğızıstana da öz məhsulumuzu göndəririk. Bu yaxınlarda Azərbaycana da ilk partiya tədarük olunub. Gələcəkdə Çin və Şərqi Avropaya ixrac əməliyyatlarını reallaşdırmağı planlaşdırırıq",- deyə Y. Korol əlavə edib. 

Son xəbərlər

Orphus sistemi