Yuxarı

Azərbaycan bu il Qazaxıstandan 500 min ton taxıl alacaq

Qazaxıstan bu il üçün taxıl məhsulunun xaricə satış həcmlərini açıqlayıb

Bakı. 15 sentyabr.REPORT.AZ/ Qazaxıstan bu il 8,5 mln. ton həcmində taxıl ixrac edəcəyini proqnozlaşdırır. Bu həcmin 5,9%-i və ya 500 min tona qədəri Azərbaycanın payına düşür. 

"Report"un "Kazak-zerno" saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan ənənəvi satış bazarları olan Əfqanıstana 4,2 mln. ton, İrana 1,8 mln. ton, Çinə 500 min ton, Gürcüstana 200 min ton, Rusiyaya isə 900 min ton taxıl tədarük etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin əvvəlindən qazaxıstanlı dəmiryolçular 7 mln. tondan çox taxıl məhsulunun daşımasını həyata keçiriblər. Yeni məhsulun daşınma əməliyyatlarının təşkilinə dair məsələlər "Qazaxıstan Dəmir Yolları" SС-nin vitse-prezidenti Kanat Alpısbayevin sədrliyi ilə keçirilən toplantıda əsas müzakirə mövzusu olub.

O toplantı zamanı bildirib ki, Qazaxıstan taxılı Mərkəzi Asiya, Yaxın Şərq, Rusiyaya ixrac olunur. Çin istiqamətində taxılın daşınma həcmləri artır: "Bu ilin ötən dövründə Çinə 200 min tondan çox məhsul göndərilib. Eyni zamanda, İrana multimodal daşımaların həyata keçirilməsi üçün bütün zəruri şərtlər yaradılıb. Aktau limanında ildə 1,5 mln ton taxıl emaletmə həcminə malik, 60 min ton gücündə taxıl qəbul edilməsi üçün yeni terminal inşa edilib. Həmçinin, taxıl məhsullarının daşınma əməliyyatlarını tam təmin etmək üçün 7 min vaqona ehtiyac duyulur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi