Azərbaycan pomidor ixracını 14% artırıb

Azərbaycan pomidor ixracını 14% artırıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 123,1 mln ABŞ dolları dəyərində 104,8 min ton pomidor ixrac edib.
ASK
20 İyun , 2020 13:53
Azərbaycan pomidor ixracını 14% artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 123,1 mln ABŞ dolları dəyərində 104,8 min ton pomidor ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,8 mln ABŞ dolları (18,08%) və 13,2 min ton (14,4%) çoxdur.

Bu ilin yanvar-may ayları ərzində pomidor ixracı Azərbaycanın ümumi ixracının 1,77%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi