Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi edib

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi edib Azərbaycan Fransanın paytaxtı Paris şəhərində Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkətinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 13-cü Dad Planetinə ev sahibliyi edib.
ASK
23 May , 2019 02:39
Azərbaycan Parisdə 13-cü Dad Planeti tədbirinə ev sahibliyi edib

Azərbaycan Fransanın paytaxtı Paris şəhərində Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkətinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 13-cü "Dad Planeti"nə ev sahibliyi edib.

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən "Dad Planeti" tədbirində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin əməkdaşı Beatris Fresenon, Parisde Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının prezidenti Dieter Beisteiner və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev kənd təsərrüfatı və milli qastranomiyanın hər bir xalqın mədəniyyətini təcəssüm etdirdiyini xüsusi vurğulayıb. O bildirib ki, kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasında ən başlıca yer tutan sektorlardandır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov kulinariyanın milli irsimizin və milli bütövlüyümüzün ayrılmaz hissəsi, sülh və həmrəylik mesajı ötürməyin ən səmərəli vasitələrindən biri olduğunu vurğulayıb. Nazir Azərbaycan kulinariyasının keyfiyyətinə görə ən varlı ölkələrdən biri, qastranomiya müxtəlifliyi axtaranların üz tutduqları əsas istiqamətlərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Dad Planeti"nin bu 13-cü ili Azərbaycanın təşəbbüsü ilə ölkələrin təsərrüfat ənənələrinin şaxələndirilməsi mövzusuna həsr edilib. Artıq 13-cü ildir təşkil edilən "Dad Planeti" kulinariya məhsullarını təbliğ etməklə ölkələr arasında qeyri-formal mübadilə platforması yaradır. "Dad Planeti"nin 13-cü ili 15 ölkənin kulinariya və yerli məhsulları təqdim edilib. Tədbirdə ölkəmizlə yanaşı Avstriya, Almaniya, Finlandiya, Bolqarıstan, Hollandiya, Malta, İsveçrə, İrlandiya, Estoniya, Litva, Sloveniya, Macarıstan, Kanada, ABŞ iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi