Yuxarı
    Bağlamaq

    Azərbaycan Moldovaya at əti ixrac edəcək

    Bu məqsədlə bölgələrdə at kəsimi sexləri açılacaq

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan və Moldovanın müvafiq şirkətləri arasında əldə edilən razılıq əsasında 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan xəbərə görə, bu məqsədlə bir neçə regionda, o cümlədən, Gəncədə at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri soyuducu anbar və soyuducularla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir.

    At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldovaya göndərilməsi nəzərdə tutulur.

    DBNX qeyd edir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsilə bu ölkəyə ixrac olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi