Azərbaycan meyvə-tərəvəz ixracını 25% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 25% artırıb 2019-cu ilin yanvar-may aylarında Azərbaycan 241,042 min. ABŞ dolları dəyərində 251,647 min ton meyvə-tərəvəz ixrac edib.
ASK
15 İyun , 2019 12:53
Azərbaycan meyvə-tərəvəz ixracını 25% artırıb

2019-cu ilin yanvar-may aylarında Azərbaycan 241,042 min. ABŞ dolları dəyərində 251,647 min ton meyvə-tərəvəz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-may aylarının göstəricilərinə nisbətən müvafiq olaraq 51,268 mln. dollar (27%) və 50,344 min ton (25%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,8%-ni təşkil edib.

Belə ki, bu ilin ilk beş ayında Azərbaycan xarici ölkələrə 91,675 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 104,239 mln. dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1,2%-ni təşkil edib.

5 ay ərzində Azərbaycan 11,512 min ton meşə fındığı ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlirin həcmi isə 62,715 mln. dollar təşkil edib. Yanvar-may ayları ərzində meşə fındığının ixracı ölkəmizin ümumi ixracındakı payı 0,7% olub.

Həmçinin ötən 5 ay ərzində Azərbaycan alma ixracından 15,955 mln. dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 38,598 min ton olub ki, bu da ümumi ixracda 0,2% paya bərabərdir.

Bundan başqa, bu ilin beş ayında Azərbaycan 23,832 ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 18,113 mln. dollar vəsait əldə edib. Xurma ixracı isə yanvar-mart aylarında ölkənin ümumi ixracında 0,2% təşkil edib.

Son xəbərlər

Orphus sistemi