Azərbaycan meyvə-tərəvəz ixracını 2%-dən çox artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 2%-dən çox artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan 353,5 min ton meyvə-tərəvəz ixrac edib
ASK
251
15 Avqust , 2020 16:26
Azərbaycan meyvə-tərəvəz ixracını 2%-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 359,58 milyon ABŞ dolları dəyərində 353,5 min ton meyvə-tərəvəz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,24 milyon ABŞ dolları (4,1%) və 8,4 min ton (2,4%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,94%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi