Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 9%-dən çox artırıb

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 9%-dən çox artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 541,926 milyon ABŞ dolları dəyərində 563,169 min ton meyvə-tərəvəz ixrac edib.
ASK
108
17 Dekabr , 2019 16:02
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 9%-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 541,926 milyon ABŞ dolları dəyərində 563,169 min ton meyvə-tərəvəz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 46,865 milyon dollar (9,5%) və 13,800 min ton (2,5%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3%-ni təşkil edib.

Belə ki, bu ilin 11 ayında Azərbaycan xarici ölkələrə 155,365 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 166,685 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,9%-ni təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycan 20,785 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 114,76 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6%-ni təşkil edib.

Həmçinin ötən 11 ay ərzində Azərbaycan alma ixracından 35,068 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 85,075 min ton olub ki, bu da ümumi ixracda 0,2% pay deməkdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 119,319 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 84,526 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,5% paya malik olub.

Son xəbərlər

Orphus sistemi