Xarici valyuta əməliyyatları üzrə avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan olunub

Xarici valyuta əməliyyatları üzrə avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan olunub Tenderi Azərbaycan Mərkəzi Bankı elan edib
ASK
2 Fevral , 2016 01:59
Xarici valyuta əməliyyatları üzrə avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib.

“Report”un xəbərinə görə, iddiaçı ilə xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender üzrə satınalınma müqaviləsi 6 aylıq bağlanacaq.

Prosedur martın 1-də Mərkəzi Bankda keçiriləcək.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış yazılı surətini fevralın 29-dək, digər tələb olunan sənədləri isə ən geci fevralın 18-dək təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 200 manat məbləğində pul köçürülməlidir.

Son xəbərlər

Orphus sistemi