Azərbaycan ​Mərkəzi Bankı 6 bankı cəzalandırıb

Azərbaycan ​Mərkəzi Bankı 6 bankı cəzalandırıb Alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı tələbləri pozduğuna görə 10 valyuta mübadilə şöbəsinin lisenziyaları ləğv edilib
ASK
24 Fevral , 2015 10:15
Azərbaycan ​Mərkəzi Bankı 6 bankı cəzalandırıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 23-də aparılmış monitorinqlər zamanı 6 kommersiya bankının 10 valyuta mübadilə şöbəsi tərəfindən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.

AMB-dən "Report"a bildirilib ki, valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır: "Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib".

Mərkəzi Bank qeyd edir ki, AMB tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, valyuta mübadilə şöbələri nağd valyuta bazarında alqı-satqı məzənnələrini rəsmi məzənnəyə nisbətən +/-2% civarında müəyyənləşdirə bilər.

Son xəbərlər

Orphus sistemi