Azərbaycan məhsullarının ixracında yeni prinsiplərin tətbiqi təklif edilir

Azərbaycan məhsullarının ixracında yeni prinsiplərin tətbiqi təklif edilir Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir
ASK
12 İyun , 2021 16:55
Azərbaycan məhsullarının ixracında yeni prinsiplərin tətbiqi təklif edilir

Azərbaycan məhsullarının dünya bazarına çıxışını, xarici bazarlarda layiqli rəqabətini təmin etmək üçün dayanıqlı inkişaf prinsiplərinin istehsalçı şirkətin bütün dəyər zənciri boyu fəaliyyətinə və bazar siyasətinə tətbiq edilməsi zəruridir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.

Sənəddə qeyd edilib ki, bunun üçün ən effektiv alət kimi şirkətin əməliyyatlarının və fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması zəruridir.

"Bu cür təşəbbüs və standartların qəbul edilməsi şirkətlərin maliyyə statusunu, insan kapitalını və dayanıqlığını daha yaxşı idarə etməsinə xidmət edir ki, bu da nəticə etibarəilə bizeslərin iqtisadi cəhətdən daha da möhkəmlənməsinə, həmçinin beynəlxalq investorların marağına səbəb olur. Bundan əlavə, uyğunluğun daim nəzarətdə saxlanılması beynəlxalq bazara çıxaracaq şirkətlərin dünyadakı yeniliklərdən (texnoloji, sənaye, istehlakçı tələbləri) xəbər tutmasına və beləliklə də rəqabətliliyin artırılmasına xidmət edir", - sənəddə deyilir.

Bu istiqamətdə fəaliyyəti genişləndirmək üçün "AmCham" bir sıra tövsiyələr irəli sürür:

- Azərbaycan məhsullarının yerli və xarici bazarlara çıxarkən istehsalçı şirkətin və ya ixracatçının beynəlxalq standartların biznes prosesinə inteqrasiya siyasəti düzügün qurulmalı və şirkətin dayanıqlı inkişafı üzrə konsaltinq xdmətləri müvafiq qurum tərəfindən təmin edilməlidir;

- Beynəlxalq rəqabətlilik baxımından yerli şirkətlərin müəyyən kriteriyalar üzrə (məsələn, hazırda bizes fəaliyyəti göstərdiyi ölkələr, məhsullar və xidmətlər və onların funksionallğı, texnologiya, innovasiya və əhatəliliyi) analizi və bölgüsünün təşkili;

- Daha sonra isə beynəlxalq bazara və standartlaşmaya daha hazır olan şirkətlərin müəyyən edilməsi;

- Dünya üzrə hazırda ən vacib və yerli istehsalçı və ixracatçı şirkətlərin biznes fəaliyyətinə daha çox imkanlar yaradacaq standartların seçilməsi və təşviqi;

- Həm dövlət, həm də özəl sektorda ümumi keyfiyyətin idarə edilməsi sistemi haqqında məlumatlılığı artırmaq və bu sistemi təkmilləşdirmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün minimal standartlaşdırma tələblərini özündə ehtiva edən ilkin mərhələdə təlimatlandırma, sonrakı mərhələdə isə məcburi xarakter daşıyan qanun layihəsinin qəbul edilməsidir.

Son xəbərlər

Orphus sistemi