Azərbaycan məhsulları “Prodexpo 2020” beynəlxalq sərgisinə çıxacaq

Azərbaycan məhsulları “Prodexpo 2020” beynəlxalq sərgisinə çıxacaq İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 10-14 fevral tarixlərində Moskvada təşkil ediləcək “Prodexpo 2020” beynəlxalq sərgisində nümayiş olunacaq.
ASK
6 fevral 2020 12:45
Azərbaycan məhsulları “Prodexpo 2020” beynəlxalq sərgisinə çıxacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 10-14 fevral tarixlərində Moskvada təşkil ediləcək “Prodexpo 2020” beynəlxalq sərgisində nümayiş olunacaq.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sərgidə qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.

Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Son xəbərlər

Orphus sistemi