Yuxarı
    Bağlamaq

    Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib

    Heydər Əsədovun rayon sakinlərinin qəbul günü oktyabrın 28-dən 21-nə keçirilib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədovun oktyabrın 28-də Zərdab rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.

    Nazirlikdən "Report"a verilən məlumata əsasən, H.Əsədovun rayon sakinlərinin qəbul günü oktyabrın 21-nə təyin olunub.

    Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) müraciət edə bilərlər.

    Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi