Azərbaycan kənd təsərrüfatı istehsalını 2,7% artırıb

Azərbaycan kənd təsərrüfatı istehsalını 2,7% artırıb Bitkiçilik sahəsində istehsal 9,2%, heyvandarlıqda isə 2,5% artıb
ASK
15 Aprel , 2016 11:58
Azərbaycan kənd təsərrüfatı istehsalını 2,7% artırıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda 2016-cı ilin I rübündə kənd təsərrüfatı istehsalının ümumi həcmi illik müqayisədə 2,7%, o cümlədən, bitkiçilik məhsulları üzrə 9,2%, heyvandarlıq üzrə isə 2,5% artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata əsasən, hazırda kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz əkilib.

Bundan başqa, qeyd edilən dövrdə 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektarda birillik otlar əkilib.

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2 719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8 828,0 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 1,8% artaraq 111,8 min ton, süd istehsalı 3,2% artaraq 440,9 min ton, yumurta istehsalı 4,3% artaraq 407,0 mln. ədəd olub. İlin əvvəlindən keçən ilin müvafiq dövrünə nisbətən 16,0% çox tərəvəz toplanıb", - deyə Komitənin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi