Azərbaycan Gürcüstandan 82 ton fındıq idxal edib

Azərbaycan Gürcüstandan 82 ton fındıq idxal edib Bu ilin avqustun 1-dən noyabrın 7-dək Gürcüstandan 12,4 min ton fındıq ixrac olunub.
ASK
9 Noyabr , 2021 11:39
Azərbaycan Gürcüstandan 82 ton fındıq idxal edib

Bu ilin avqustun 1-dən noyabrın 7-dək Gürcüstandan 12,4 min ton fındıq ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmi illik müqayisədə 3,5 min ton və yaxud 39 % artıb. İxracdan əldə olunan gəlir isə 56,4 milyon ABŞ dollarına (+14 %) bərabər olub.

Hesabat dövründə Azərbaycan qonşu ölkədən 82 ton fındıq idxal edib.

Gürcüstandan ən çox fındıq ixracı əsasən İtaliya (5 504 ton), Almaniya (2 090 ton), İspaniya (402 ton), Çex Respublikası (401 ton), Polşa (311 ton) və digər ölkələrə yönəlib.

Son xəbərlər

Orphus sistemi