Azərbaycan gələcəkdə Rusiyadan buğda və gübrə idxalının artırılmasına ümid edir

Azərbaycan gələcəkdə Rusiyadan buğda və gübrə idxalının artırılmasına ümid edir Azərbaycan Rusiyaya aqrar məhsulların çatdırılması üzrə əsas tədarükçülər arasında ilk onluğa daxil olub.
ASK
26 Aprel , 2022 18:23
Azərbaycan gələcəkdə Rusiyadan buğda və gübrə idxalının artırılmasına ümid edir

Azərbaycan Rusiyaya aqrar məhsulların çatdırılması üzrə əsas tədarükçülər arasında ilk onluğa daxil olub.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərdə müsbət dinamika kənd təsərrüfatı sahəsində də qeydə alınıb:"2021-ci ildə Rusiyaya meyvə -tərəvəz ixracı artıb. Xurmanın, kartofun, əriyin Rusiyaya ixrcanının həcmi artıb. Bu tendensiya bu il də müşahidə edilir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Rusiyaya pomidor ixracında əsas tədarükçülərdən biridir".

Ş. Mustafayev bildirib ki, Rusiya həmçinin Azərbaycanda dənli bitkilərin (buğda, arpa) və mineral gübrələrin ixracinda əsas yer tutur: "2021-ci ildə Rusiya Azərbaycana 1 milyon tondan çox buğda ixrac edib. Bizim rusiyalı tərəfdaşlarımızın dəstəyinə ümid edərək gələcəkdə buğda və gübrə idxalının həcminin artırılmasına inanırıq".

Son xəbərlər

Orphus sistemi