Azərbaycan fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçib

Azərbaycan fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçib Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) fermerlər arasında sorğuların keçirilməsi, məlumatların toplanması prosesinin təkmilləşdirilməsi məqsədilə artıq CATI (Kompüter Telefon Sorğuları - Computer-Assisted Telephone Interviewing
ASK
2 Noyabr , 2021 16:07
Azərbaycan fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) fermerlər arasında sorğuların keçirilməsi, məlumatların toplanması prosesinin təkmilləşdirilməsi məqsədilə artıq CATI (Kompüter Telefon Sorğuları - Computer-Assisted Telephone Interviewing) və CAPI (Planşet Sistemli Sorğu - Computer-Assisted Personal Interviewing) sistemlərinin tətbiqinə başlayıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurumun keçirdiyi sorğular hər il orta hesabla 8-12 min fermeri və bazar iştirakçısını əhatə edir. CATI sistemi qruplaşdırılmış nömrə bazası üzərindən telefon vasitəsilə sorğu keçirib anketlərin toplanmasına imkan verir. Bu isə məlumatların toplanması, emalı və analizi prosesinin daha da çevik və keyfiyyətli həyata keçirilməsinə, vaxta və resurslara qənaət edilməsinə şərait yaradır. Bu metodun əsas üstünlükləri mürəkkəb keçidli sualların məntiqi ardıcıllığını təmin edən sorğuların hazırlanması, məlumatların sürətli toplanması, toplanan datanın keyfiyyətinə nəzarət, emal prosesinin asanlığı və vaxta qənaətdir.

Həmçinin sistem sorğuların başlama və bitmə müddətinin avtomatik olaraq serverə köçürülməsi, səslərin yazılması, sorğuların internet tələb olunmadan keçirilməsi, keçirilmiş sorğuların günün sonunda toplu halda internet vasitəsilə serverə göndərilməsi kimi texniki parametrlərə malikdir.

CAPI sistemi planşetlər vasitəsilə toplanan məlumatların kompüterlə işlənməsi texnikasıdır, yəni ki, sistem anketlərdən toplanan məlumatların planşetdə istifadə ediləbilən bir proqramın köməyi ilə şifrəli daxilolmasını təmin edir və məlumatların analizə uyğun tərtib olunmasını asanlaşdırır. Bu metod da məlumatların sürətli

toplanmasını, toplanan datanın keyfiyyətinə nəzarəti, emal prosesini asanlaşdırmanı, bununla da vaxta qənaəti ehtiva edir. Habelə CAPI sistemi CATI-dən fərqli olaraq GPS modulu vasitəsilə sorğu keçirilən məntəqələrin izlənməsinə imkan verir.

ATM-də fermerlər arasında sorğuların keçirilməsi, birbaşa məlumatların toplanması ilə ayrıca bölmə - Fermer məlumatları və bazar informasiyaları bölməsi məşğul olur.

Yeri gəlmişkən, hazırda “Fermerlərin resurslarla təminatı və bazara çıxışı problemləri” üzrə hər il keçirilən sorğuya başlanılıb. Sorğu çərçivəsində fermerlərin toxum, gübrə, pestisid, aqrotexniki xidmət, baytarlıq və bitki mühafizəsi xidmətləri ilə təminatı (resursun mövcudluğu, qiyməti və keyfiyyəti) məsələləri, suvarma suyu və örüş-otlaq sahələri ilə təminatdakı vəziyyət, habelə bazara çıxışla (nəqliyyatla təminat, yollarınkeyfiyyəti, məhsulun satış qiymətləri, satış yerləri və s.) bağlı məsələlər birbaşa fermerlərdən öyrənilir. Bu sorğu hər il keçirildiyindən qeyd edilən məsələlərlə bağlı dinamikanı müşahidə etmək mümkün olur, başqa sözlə, irəliləyişlərin səviyyəsi və problemlərin miqyası sistemli şəkildə müəyyən olunur.

Son xəbərlər

Orphus sistemi