Azərbaycan ət ixracını dayandırıb

Azərbaycan ət ixracını dayandırıb Bu il ölkəyə 9,2 mln. dollar dəyərində ət və qida üçün ət əlavələri idxal olunub
ASK
3 İyul , 2015 16:47
Azərbaycan ət ixracını dayandırıb

Bakı. 3 iyul. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 9 231,7 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri idxal olunub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu məhsullar əsasən Hindistan, Ukrayna, ABŞ, Braziliya, Almaniya, İspaniya, Kanada, Danimarka, Moldova, Avstraliya və digər ölkələrdən gətirilib.

Statistikaya əsasən, hesabat dövründə ət və qida üçün yararlı ət əlavələrinin ixracı isə həyata keçirilməyib. Bildirək ki, 2014-cü ildə həmin məhsulların dəyəri 172,5 min ABŞ dolları olmaqla Çin və Tailanda ixrac olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azalma müşahidə edilib. İdxal illik müqayisədə 15,9% artaraq 4 067,8 mln. dollar, ixrac 44,3% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi