Azərbaycan ət idxalını 20 % azaldıb

Azərbaycan ət idxalını 20 % azaldıb Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib
ASK
16 Aprel , 2021 17:34
Azərbaycan ət idxalını 20 % azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində 8 794 ton ət idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 5,2 milyon ABŞ dolları (26 %) və 2 221 ton (20 %) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi