Azərbaycan düyü idxalını 15 %-dən çox artırıb

Azərbaycan düyü idxalını 15 %-dən çox artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 35,4 milyon ABŞ dolları dəyərində 51,7 min ton düyü idxal edib.
ASK
30 Dekabr , 2020 10:31
Azərbaycan düyü idxalını 15 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 35,4 milyon ABŞ dolları dəyərində 51,7 min ton düyü idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 763,6 min dollar (2,1 %) az və 7 min ton (15,6 %) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi