Azərbaycan dövriyyəyə cəlb edilən torpaq sahələrini artıqmaq niyyətindədir

Azərbaycan dövriyyəyə cəlb edilən torpaq sahələrini artıqmaq niyyətindədir Azərbaycan dünyada torpaq təminatına görə aşağı təminat qrupu səviyyəsinə daxildir
ASK
12 Aprel , 2017 15:15
Azərbaycan dövriyyəyə cəlb edilən torpaq sahələrini artıqmaq niyyətindədir

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan dünyada torpaq təminatına görə aşağı təminat qrupu səviyyəsinə daxildir. 

"Report"un xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. 

"Əkin sahələri kənd təsərrüfatına yararlı torpaqların cəmi 38%-ni təşkil edir. Dünyada adambaşına əkin sahəsinin son illər 0,45 hektardan 0,25 hektara düşməsinə baxmayaraq, Azərbaycanda bu rəqəm 0,9 ha təşkil edir. Ona görə də ölkədə təkcə intensiv inkişaf deyil, bu və ya digər tədbirlər hesabına əkin dövriyyəsinə torpaqların cəlb edilməsini strateji tədbir kimi qarşıya qoymuşuq. Bu il təxminən 150 min ha suvarılan torpaq sahəsinin dövriyyəyə cəlb edilməsi bu sahədə olan ehtiyacların qarşılanmasına töhfə verəcək", - deyə nazir müavini əlavə edib.

Eyni zamanda S.Talıbov qarşıya qoyulan məqsədlərə çatmaq üçün torpaq sahələrinin suvarılması sahəsində də kompleks tədbirlərin görülməsini zəruri sayır.

Son xəbərlər

Orphus sistemi