Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə 100 manat ödəniləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə 100 manat ödəniləcək Məqsəd kənd təsərrüfatı sahəsində daha çox ehtiyac duyulan sahələrə gənclərin marağının artırılmasıdır
ASK
11 Sentyabr , 2015 17:11
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə 100 manat ödəniləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Kənd təsərrüfatı sahəsində daha çox ehtiyac duyulan sahələrə gənclərin marağının daha da artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə 250-dən çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinin aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında bu il qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə ali təhsil müəssisəsinin xüsusi vəsaitləri hesabına ayda 100 manat məbləğində vəsait ödəniləcək.

Bu haqda "Report"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Eyni zamanda, əlavə vəsaitin ödənilməsi qış və yay imtahan sessiyalarında yüksək qiymətlər alan və universitetin ictimai-sosial həyatında fəal iştirak edən tələbələrə də şamil olunacaq.

Son xəbərlər

Orphus sistemi