Azərbaycan diri heyvan idxalını iki dəfədən çox azaldıb

Azərbaycan diri heyvan idxalını iki dəfədən çox azaldıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində diri heyvan idxal edib, 57.50  min ABŞ dollar dəyərində diri heyvan ixrac edib
ASK
23 Mart , 2021 14:06
Azərbaycan diri heyvan idxalını iki dəfədən çox azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan diri heyvanların idxal-ixracını kəskin azaldıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 % azalaraq 4,4 milyon ABŞ dolları dəyərində olub.

Hesabat dövründə diri heyvan idxalı Azərbaycanın ümumi idxalının 0.27 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 % azalaraq 57.50 min ABŞ dollar dəyərində olub.

Son xəbərlər

Orphus sistemi