Yuxarı
    Bağlamaq

    Azərbaycan cins heyvanları orta hesabla 2350 dollara ixrac edir

    Bir baş cins heyvanın təqribi idxal qiyməti isə 2850 dollardır

    Bakı. 25 dekabr. REPORT.AZ/ Qonşu və Körfəz ölkələri Azərbaycan tərəfindən cins heyvanların ixracı üçün potensial bazar kimi baxıla bilər.

    “Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ixrac bazarlarının icmalına istinadən xəbər verir.

    Məlumatda bildirilir ki, Azərbaycan dünyada ən çox cins heyvan idxal edən 15 ölkədən biridir. Belə ki, Azərbaycan 2016-ci ildə dünyada ən çox cins heyvan idxal edən ölkələr siyahısında 13-cü olub. 2016-cı ildən başlayaraq Azərbaycan az sayda olsa da cins heyvan ixracına da başlayıb. İxrac olunan ölkə isə Türkmənistandır və bir baş cins heyvanın təqribi ixrac qiyməti 2 350 dollar təşkil edib.

    Rəsmi statistikaya əsasən, Azərbaycan 2017-ci ilin ilk səkkiz ayı ərzində 150 min dollar dəyərində 64 baş cins heyvan ixrac edib. Eyni zamanda, bu müddətdə ölkəyə 6 246 min dollar dəyərində 2 189 baş cins heyvan idxal olunub. Bir baş cins heyvanın təqribi ixrac qiyməti 2 350 dollar, idxal qiyməti 2 850 dollardır.

    Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrdə cins heyvanların idxalına yüksək tələbat var. Ən böyük idxalçılar qismində Çin, Türkiyə və İtaliya çıxış edir ki, bu ölkələr də cəmi idxalın 60%-dən çoxunu reallaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi