Azərbaycan çayçılığın inkişafına başlayıb

Azərbaycan çayçılığın inkişafına başlayıb Nazirlik: Bu sahənin inkişafı üçün fermerlərə uzunmüddətli kreditlər ayrılmalıdır
ASK
10 İyul , 2015 13:37
Azərbaycan çayçılığın inkişafına başlayıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanda 2020-ci ilə qədər çay əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişaf etdirilməsi nəzərdə tutulub. Ökənin mövcud potensialını, iqlim şəraitini nəzərə almaqla, daxili tələbatı ödəmək üçün Astarada 2 000 min ha, Lənkəranda 5 200 ha, Masallıda 2 300 ha, Lerikdə 2 000 ha, Balakəndə 100 ha, Zaqatalada isə 200 ha qədər çay sahələrini genişləndirmək mümkündür.

Bunu "Report"a açıqlamasında Kənd Təsərürfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Ötən il ölkədə 980 ha çay əkin sahəsi olduğunu deyən İ.Cümşüdov qeyd edib ki, bu sahələrdən ümumilikdə 470 ton məhsul yığılıb.

"İki həftə əvvəl Astarada çay fabriki açılıb. Mövcud şəraitə uyğun olaraq orada yeni çay bağları salınıb, yeni texnologiyalar quraşdırılıb, çay platansiyalarının ən müasir aqrotexniki qulluq şəraiti yaradılıb. Burada, həmçinin emal zavodu yaradılıb, fermerlər məhsulunu birbaşa bura verə bilər", - deyə şöbə müdiri qeyd bildirib.

İ.Cümşüdov qeyd edib ki, çay çoxillik bitki olduğundan, ondan məhsul almaq üçün azı 3 il gözləmək lazımdır: "Əlbəttə, fermer bu sahəyə gəlibsə, məhsul əldə edənə qədər onlara uzunmüddətli kreditlər verilməlidir. Uzunmüddətli kreditlərin verilməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq".

Qeyd edək ki, bu ildən Azərbaycanda fermerlərə mühərrik yağlarına görə verilən subsidiyanın məbləği 50 manat, gübrə üçün verilən subsidiya isə 75 manata çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi