Azərbaycan buğda idxalının ƏDV-dən azad edilməsindən 50 mln. manat itirir

Azərbaycan buğda idxalının ƏDV-dən azad edilməsindən 50 mln. manat itirir Nazir müavini Sahib Ələkbərov: "Lakin hansısa formada büdcə bu pulu qəbul edir"
ASK
29 Dekabr , 2016 12:32
Azərbaycan buğda idxalının ƏDV-dən azad edilməsindən 50 mln. manat itirir

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycana buğda idxalının ƏDV-dən azad edilməsi səbəbindən büdcə bir ildə 50 mln. manat itirir. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib: "Amma bu, o demək deyil ki, büdcə bu pulu itirir. Hansısa formada büdcə pulu qəbul edir".

S.Ələkbərov deyib ki, bəzi sahələrdə vergi güzəştlərinin tətbiqinin ədalətsizlik olması ilə bağlı fikirlərlə razıdır: "Gələn ilin büdcəsində aksizli mallar üzrə 608 mln. manat vergi daxilolması müəyyən edilib. Lakin bu il sadələşdirilmiş vergi ödəyiciləri 300 mln. manat ödəyib, gələn ilin büdcəsində isə bu, 340 mln. manat müəyyən edilib".

Son xəbərlər

Orphus sistemi