Azərbaycan bu il rekord həcmdə kartof ixrac edib

Azərbaycan bu il rekord həcmdə kartof ixrac edib Azərbaycanın Rusiya və MDB bazarına tərəvəz ixracı artıb
ASK
623
21 İyul , 2020 15:38
Azərbaycan bu il rekord həcmdə kartof ixrac edib

Azərbaycanın Rusiya və MDB bazarına tərəvəz ixracı artıb.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O vurğulayıb ki, pambığa və fındığa dünya bazarında təlabat azalıb: “Lakin ölkəmizin meyvə-tərəvəz ixracında azalma olmayıb. Bununla yanaşı, Azərbaycan Rusiya və MDB bazarına rekord həcmdə 81 min ton faraş kartof ixrac edib”.

Bu ilin ilk altı ayında Azərbaycanın meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artaraq 327 236,92 ton təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

Son xəbərlər

Orphus sistemi